Türkiyədə 13 min il əvvələ aid tapıntı: ÜZƏRİNDƏ İNANILMAZ MƏTN VAR - FOTOLAR

13 min il əvvəl Yer kürəsinə düşmüş kometa iqlimi dəyişdirdi və minillik dövrü başlatdı. Minilliyin sonunda artıq insanlar məcburən əkinçiliklə məşğul olmağa başladılar. Beləliklə müasir insan formalaşdı.

13 min il əvvəl Yer kürəsinə düşmüş kometa iqlimi dəyişdirdi və minillik dövrü başlatdı. Minilliyin sonunda artıq insanlar məcburən əkinçiliklə məşğul olmağa başladılar. Beləliklə müasir insan formalaşdı.

bütün bu faktlar Türkiyənin cənubunda yerləşən Göbəklitəpə arxeoloji sahəsindən tapılan daş sütunların üzərində həkk olunub. Alimlər onların vasitəsilə şifrələri açmağa çalışıblar.

Mətndə simvollarla b.e.ə təxminən 10890-cı ildə Yer kürəsinə düşən kometanın qırıntıları haqqında tam məlumatlar qeyd olunub.

Simvollardan biri başsız insanı təsvir edir. Edinburq Universitetinin alimləri hesab edirlər ki, bu simvol qəzanı təsvir edir. Kametanın Yer kürəsinə düşməsi zamanı baş verən təbiət hadisələrində nəinki çoxsayda insan həlak olub, həm də bir çox heyvan növləri, bitkilər əhəmiyyətli dərəcədə zərər görüb. Alimlər iddia edir ki, məhz kometanın düşməsi mamontların yer üzündən silinməsinə səbəb olub.

Tədqiqatçılar əmindirlər ki, bəşəriyyətin tarixi üçün kritik hesab olunan dövrdə əkinçilik və ovçuluqdan kənd təsərrüfatına keçid ilk Neolit sivilizasiyasının əsasını qoyub. Publika.az Daily Mail-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31