Ukrayna Rusiya hərbi aerodromuna zərbə endirib: İki "Su-34" qırıcısı vurulub – ÖZƏL
10:49 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Prezident Volodimir Zelenski Volqoqrad vilayətindəki "Marinovka" hərbi aerodromuna "Neptun" raket kompleksi ilə endirilən zərbə nəticəsində Rusiyaya məxsus iki "Su-34" qırıcı-bombardmançı təyyarəsinin vurulduğunu bəyan ediblər. Məlumata görə, hücum zamanı bir "İskander" qurğusu da sıradan çıxarılıb, rusiyalı hərbçilər arasında ölənlər və yaralananlar var. Ukrayna tərəfi bazar dəyəri təxminən 50 milyon dollar olan bu tipli təyyarələrin məhv edilməsinin düşmənin cəbhəboyu ərazilərə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbə endirmək imkanlarını əhəmiyyətli dərəcədə azaltdığını bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31