"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir

"İnter"in futbolçusu Nizami Hacıyev mövsümlərarası fasilədə "Neftçi"yə keçəcək. bunu "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlayıb.

"İnter"in futbolçusu Nizami Hacıyev mövsümlərarası fasilədə "Neftçi"yə keçəcək. bunu "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlayıb.

Premyer Liqanın XXVII turunun "Qəbələ" ilə matçından (3:4) sonra keçirilən mətbuat konfransında çıxış edən gürcüstanlı mütəxəssis əsas heyət üzvlərini itirməkdə olduqlarını bildirib.
 
Svanadze "İnter"in kapitanı olan Nizaminin karyerasını "Neftçi"də davam etdirəcəyini qeyd edib. Mütəxəssis vurğulayıb ki, Səlahət Ağayev və Tərlan Quliyevin də "ağ-qaralar"a keçməyə yaxındı. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31