Qanunsuz miqrasiya təşkil edənlər sərt cəzalandırılacaqlar

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur. 

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur.  Hazırda qanunvericiliyə görə bu məbləğ 2 min manatdan 5 min manatadəkdir. Dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31