Deputat: “Boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir”

"Boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir”- deyib və çağırış səsləndirib. Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq: “Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və bundan böyük əziyyət uşaqların sayı artır.

"Boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir"- deyib və çağırış səsləndirib. Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq: "Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və bundan böyük əziyyət uşaqların sayı artır. Biz ailədaxili zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik". Boşanmaların sayının artmasının bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili buna bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31