Milli qəhrəmanın xatirəsinə həsr olunmuş çempionat keçirilib

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş 5-ci açıq Şotokan Karate-Do çempionatı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Karate Federasiyası və Beynəlxalq Şototkan Karate-Do Federasiyasının (SKİF) Azərbaycan nümayəndəliyinin Sumqayıt şəhər şöbəsinin birgə təşkil etdiyi xatirə turnirində respublikanın müxtəlif bölgəsindən 20-dən artıq klubun tərkibində 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş 5-ci açıq Şotokan Karate-Do çempionatı keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Karate Federasiyası və Beynəlxalq Şototkan Karate-Do Federasiyasının (SKİF) Azərbaycan nümayəndəliyinin Sumqayıt şəhər şöbəsinin birgə təşkil etdiyi xatirə turnirində respublikanın müxtəlif bölgəsindən 20-dən artıq klubun tərkibində 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Turnirin təntənəli açılış mərasimində dövlət himninin ardından A.Aqarunov və digər şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədən sonra xüsusi təyinatlılar qismində yeniyetmələrin, eləcə də azyaşlı idmançıların hərbi əlbəyaxa döyüş və nümunəvi çıxışları olub. Sonra yarış digər çəkilərdə mübarizə ilə davam edib. Mükafatçılara medal və diplomlar təqdim edilib. Təşkilatçılar gələn il bu xatirə turnirini beynəlxalq səviyyədə keçirilməsinə qərar veriblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31