Ermənistan parlamentində dava: Ruben Rubinyan müxalifəti ittiham etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında parlament zalında baş verən əlbəyaxa davanı "Güclü Ermənistan" müxalifət fraksiyasının təhrik etdiyini bildirib. Rubinyan kadrlara baxdığını və iqtidar deputatlarının heç bir söyüş söymədiyini, müxalifətin isə səbəbsiz yerə fiziki zorakılığa əl atdığını vurğulayıb. O, hadisənin beynəlxalq mətbuatda işıqlandırılmasından təəssüfünü ifadə etsə də, məsuliyyətin tamamilə müxalifətin üzərinə düşdüyünü və oxşar addımların gələcəkdə də onlar üçün eyni nəticələnəcəyini qeyd edib. 

Müxalifət seçicilərinə toxunan vitse-spiker onların yalnız pul paylanılması, 300 min azərbaycanlının gəlişi ilə qorxudulması və Samvel Karapetyanın baş nazir olacağı vədi ilə səs topladıqlarını iddia edib. Rubinyan "Güclü Ermənistan" fraksiyasını keçmiş hakim partiyanın rudimenti və "beşinci kolon" adlandıraraq, yeni konstitusiya layihəsi üzrə son sözü referendumda xalqın deməli olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31