"Balakən" gəmi-bərəsi təmirə dayandı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Balakən” gəmi-bərəsi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Hazırda tərsanədə olan gəmi-bərənin təmir işləri “Zığ” Gəmi Təmiri Zavodunun mütəxəssisləri ilə birgə aparılır. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, artıq xeyli iş görülüb. Belə ki, gəminin matavozları təmir olunub, təkərləri dəyişdirilib, sualtı gövdə hissəsinin təmizlənməsi və rənglənməsi başa çatdırılıb. Hazırda gəminin avar valının təmirinə başlanılıb. Onun sükan qurğusuna da baxış keçiriləcək. Təmir işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulan gəmi-bərə müvafiq yoxlanışdan uğurla keçdikdən sonra yenidən açıq dənizə qaytarılacaq.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Balakən" gəmi-bərəsi "Bibiheybət" Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Hazırda tərsanədə olan gəmi-bərənin təmir işləri "Zığ" Gəmi Təmiri Zavodunun mütəxəssisləri ilə birgə aparılır. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, artıq xeyli iş görülüb. Belə ki, gəminin matavozları təmir olunub, təkərləri dəyişdirilib, sualtı gövdə hissəsinin təmizlənməsi və rənglənməsi başa çatdırılıb. Hazırda gəminin avar valının təmirinə başlanılıb. Onun sükan qurğusuna da baxış keçiriləcək. Təmir işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulan gəmi-bərə müvafiq yoxlanışdan uğurla keçdikdən sonra yenidən açıq dənizə qaytarılacaq.

Xorvatiyanın Ulyanik tərsanəsində inşa edilən "Balakən" gəmi-bərəsi 2012-ci ildə istismara verilib. Uzunluğu 155, eni 18 metr olan gəmi-bərə hər səfərdə göyərtəsində 54 vaqon götürə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31