“Gözəllik kraliçası” yenidən ADGTT-nın səhnəsində...

Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biri – “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib.

Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın "Lineynin trilogiyası"na daxil olan 3 əsərindən biri - "Lineynin gözəllik kraliçası" tamaşası növbəti dəfə nümayiş etdirilib.

Teatrdan "Olaylar" - a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Böyük Britaniyalı rejissor Yan Vilyem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyondur.

Martin MakDonaxın hazırda 3 əsəri "Lineynin gözəllik kraliçası", "Konnemarada bir kəllə" və "Yalqız Qərb" ADGTT-nın repertuarında möhkəm yer tutaraq 2014 və 2016-cı illərdə RF-in Perm şəhərində keçirilmiş I və II "Martin MakDonax" Beynəlxalq Teatr Festivallarında nümayiş olunub, "Yalqız Qərb" tamaşası Beynəlxalq Münsiflər heyətinin qərarına əsasən Festival Prezidentinin əsas mükafatına, "Gözəllik kraliçası" tamaşası isə Festivalın "ən yaxşı tamaşa" nominasiyasına layiq görülüb.

Gələn ay ölkəmizdə keçiriləcək "IV İslam Həmrəyliyi Oyunları" müddətində kollektiv hər üç tamaşanı ölkəmizə təşrif buyuran qonaqlar və xarici turistlər üçün də nümayiş etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31