İrakli Kobaxidze müxalifətdəki ziddiyyətləri onların zəifliyi ilə əlaqələndirib – ÖZƏL
14:23 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmanın əsas səbəbinin onların ümumi zəifliyi olduğunu bildirib. Hökumət rəhbərinin sözlərinə görə, müxalifət öz səhv addımları ilə vəziyyəti o həddə çatdırıb ki, parlamentə daxil olmamaqla öz seçicilərinə xəyanət edib və kənar tapşırıqları yerinə yetirməyə məcbur qalıb. Kobaxidze vurğulayıb ki, bu cür addımlar ilk növbədə müxalifətin öz maraqlarına zərbə vurub və hazırda davam edən ziddiyyətlər, eləcə də verilən bəyanatlar onların acizliyinin bariz təzahürüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31