Ekvatorial Qvineya lideri Afrikanın sənaye müstəqilliyinin gücləndirilməsinə çağırıb-ÖZƏL

Ekvatorial Qvineya Prezidenti Teodoro Obiang Nguema Mbasogo Afrikanın sənaye suverenliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ölkənin hakim Demokrat Partiyasının qəzetinin məlumatına görə, III Rusiya-Afrika Zirvə Görüşündə çıxış edən prezident qitənin iqtisadi müstəqilliyinin üç prinsipə-təbii sərvətlərin məsuliyyətlə istifadəsinə, onların yerli emalına və Afrika dəyər zəncirlərinin yaradılmasına əsaslanmalı olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, nəşr qeyd edir ki, Afrika Rusiya ilə əməkdaşlıqda artıq yardım almaqdan daha çox sənaye istehsalının inkişafına və öz resurslarından səmərəli istifadəyə üstünlük verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31