Şimali Koreya ABŞ və Cənubi Koreyanı hərbi toqquşma təhlükəsi yaratmaqda ittiham edib – ÖZƏL
13:25 DünyaOlaylar.az xəbər verir ki, KXDR Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib ki, Cənubi Koreya hərbçiləri sərhəddə gərginliyi qəsdən artırır, ABŞ və Seulun birgə hərbi fəallığı isə anidən silahlı toqquşma riskini yaradır. Pxenyan regionda təhlükəsizlik vəziyyətinin pisləşməsinə səbəb kimi hərbi ittifaqları genişləndirən və qabaqlayıcı zərbələrə yönəlmiş təlimlər keçirən Vaşinqton və Seulun addımlarını göstərib. Şimali Koreya tərəfi dövlətin təhlükəsizliyinə təhdid yaradan hər bir düşmən hərəkətinə qarşı daha sərt cavab tədbirləri görmək hüququnu özündə saxladığını və çəkindirmə sistemini gücləndirmək üçün bütün vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Bəyanatda həmçinin Cənubi Koreyanın sərhəd pozuntusu barədə ittihamları rədd edilib və Seulun hərəkətləri təxribat adlandırılıb.