Turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək

2 may 2017-ci il tarixində saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44)  tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin  təşəbbüsü və dəstəyi  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə baş tutacaq.

2 may 2017-ci il tarixində saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44)  tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə "Karyerada ilk addım" devizi altında tədbir keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin  təşəbbüsü və dəstəyi  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcəkdir.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxslər (CV-ləri ilə birgə) tədbirdə iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31