“Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
“Aydınlığa doğru” İctimai Birliyinin “Ailə Akademiyası” layihəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeqanə Cəfərova, Təhsil Nazirliyinin və digər qurumların, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, məktəblilər və valideynlər iştirak etmişlər. Ombudsmanın mətbua xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın nümayəndəsi Y.Cəfərova qurumun fəaliyyəti dövründə ailə mövzusunda bir sıra tədbirlərin keçirildiyini, qadın, uşaq, ahıl, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aidiyyəti qurumlara çoxsaylı təkliflərin verildiyini söyləmişdir.
24 Aprel 2017 16:08 Sosial"Aydınlığa doğru" İctimai Birliyinin "Ailə Akademiyası" layihəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeqanə Cəfərova, Təhsil Nazirliyinin və digər qurumların, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, məktəblilər və valideynlər iştirak etmişlər. Ombudsmanın mətbua xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın nümayəndəsi Y.Cəfərova qurumun fəaliyyəti dövründə ailə mövzusunda bir sıra tədbirlərin keçirildiyini, qadın, uşaq, ahıl, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aidiyyəti qurumlara çoxsaylı təkliflərin verildiyini söyləmişdir.
Qeyd olunmuşdur ki, ailənin möhkəmlənməsi və inkişafı, sosial müdafiəsi, uşaqların ailədə tərbiyə edilməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində ailənin cəmiyyətdə rolu və imkanları genişlənməkdədir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ailənin formalaşması və inkişafı cəmiyyətdə baş verən dinamik proseslərlə əlaqədardır.