Gənc Tamaşaçılar Teatrı “IV İslam Həmrəyliyi Oyunları”na tam hazırdı
ⅦGənc Tamaşaçılar Teatrında “IV İslam Həmrəyliyi Oyunları” – na dair bütün hazırlıq işləri artıq yekunlaşıb. Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün teatr repertuarınada olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.
24 Aprel 2017 16:22 MədəniyyətⅦ Gənc Tamaşaçılar Teatrında "IV İslam Həmrəyliyi Oyunları" - na dair bütün hazırlıq işləri artıq yekunlaşıb. Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün teatr repertuarınada olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.
Teatrdan "Olaylar" - a bildirilib ki, teatrın cari ilin may ayı üçün nəzərdə tutulan xüsusi repertuarı tərtib edilib, repertuara Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri daxil edilib.
"May ayının 12-dən - 22-dək keçiriləcək Beynəlxalq tədbirdə çıxış edəcək və eyni zamanda tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan Milli dramaturgiyasından da ən gözəl seçmələri - M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah", Ə.Haqverdiyev "Pəri Cadu", H.Cavid "Şeyx Sənan", M.Makdonaxın "Yalqız Qərb", "Gözəllik kraliçası", "Konnemarada bir kəllə", L.Nurenin "Mən gəldim, qızlar" ("Müharibə"), U.Şekspir "Romeo və Cülyetta" tamaşaları nümayiş etdiriləcək.