Milli “Ailə Ocağı” mövzusunda forum keçiriləcək

Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün Düşənbəyə səfər edib. Milli Məclisdən verilən məlumata görə, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə edəcək. Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək. Form aprelin 28-də başa çatacaq. 

Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək "Ailə ocağı" mövzusunda forumda iştirak etmək üçün Düşənbəyə səfər edib. Milli Məclisdən verilən məlumata görə, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız "Azərbaycan Respublikasında gənclər siyasəti" mövzusunda məruzə edəcək. Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək. Form aprelin 28-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31