AMEA-da “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri”
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bilik Fondu ilə birgə Azərbaycan Mərkəzi Elmi Kitabxanasında tədbir keçirdi. Nazirlikdən “Olaylar” – a bildirilib ki, IV İslam Oyunları könüllülərinin iştirakı ilə keçən tədbirdə “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda maarifləndirici mühazirə dinlənildi.
24 Aprel 2017 15:30 SosialSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bilik Fondu ilə birgə Azərbaycan Mərkəzi Elmi Kitabxanasında tədbir keçirdi. Nazirlikdən "Olaylar" - a bildirilib ki, IV İslam Oyunları könüllülərinin iştirakı ilə keçən tədbirdə "Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri" mövzusunda maarifləndirici mühazirə dinlənildi.
İlk yardımın məqsəd və vəzifələri barədə məlumat verən məruzədə bildirildi ki, xəsarətlə nəticələnmiş hər hansı hadisə zamanı zərərçəkən üçün dərhal təhlükəsiz ətraf mühit yaradılmalıdır. Belə vəziyyətdə ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edildi. Döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları bilavasitə könüllülərin iştirakı ilə təqdim olundu.