Rusiya Təhlükəsizlik Şurası ABŞ-nin Ermənistandakı səfirliyinin heyətinin çoxluğuna diqqət çəkib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katib müavini Aleksey Şevtsov "RİA Novosti"yə müsahibəsində ABŞ-nin Ermənistandakı səfirliyində 2,5-3 min nəfərin çalışdığını bildirərək, kiçik bir ölkə üçün bu göstəricinin suallar doğurduğunu qeyd edib. Bu bəyanat İrəvan və Vaşinqton arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat, eləcə də TRIPP nəqliyyat layihəsi üzrə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması fonunda səslənib. 

Moskva Ermənistanın Qərblə yaxınlaşmasının və hərbi iştirakın genişlənməsinin Cənubi Qafqazda gərginliyi artıra biləcəyindən və Rusiyanın təhlükəsizlik maraqlarına təsir göstərəcəyindən narahatlığını ifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31