Qazaxıstan Prezidenti Rusiya üçün Türk Dövlətləri Təşkilatında yer təklif edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində çıxış edərkən Rusiyanın birliyə daxil edilməsini və ya müşahidəçi statusu almasını təklif edib. O, bu addımın təşkilatın nüfuzunu əhəmiyyətli dərəcədə artıracağını bildirib. 2009-cu ildə yaradılan TDT-yə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir. 

Qeyd edək ki, qurum ortaq əlifba layihələrini dəstəkləyir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi təklifi Rusiyada müəyyən narahatlığa səbəb olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31