Naxçıvanla bağlı məqalə Rusiyada elmi konfransda

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin təşkilatçılığı ilə “Arxeoqrafiya, tarixşünaslıq, yeni və ən yeni dövr Rusiya və ümumdünya tarixinin tarixi sənədləri və aktual problemləri” mövzusunda gənc alim və tədqiqatçıların VII beynəlxalq konfransı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, 1917-ci il fevral inqlabının 100 illiyinə həsr olunan konfransa Rusiya, Azərbaycan, Belorusiya, İtaliya, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Ukrayna, İsveçrə və digər ölkələrdən 170-dən artıq gənc alim və tədqiqatçının əsərləri təqdim edilib.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin təşkilatçılığı ilə "Arxeoqrafiya, tarixşünaslıq, yeni və ən yeni dövr Rusiya və ümumdünya tarixinin tarixi sənədləri və aktual problemləri" mövzusunda gənc alim və tədqiqatçıların VII beynəlxalq konfransı keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, 1917-ci il fevral inqlabının 100 illiyinə həsr olunan konfransa Rusiya, Azərbaycan, Belorusiya, İtaliya, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Ukrayna, İsveçrə və digər ölkələrdən 170-dən artıq gənc alim və tədqiqatçının əsərləri təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin elmi işçisi Elnur Kəlbizadənin təqdim etdiyi "XX əsrin 20-ci illərində Naxçıvanın inzibati-ərazi quruluşu (tarixi-coğrafi tədqiqat)" adlı tezis təşkilat komitəsi tərəfindən seçilən elmi tədqiqatlardan biri kimi konfransın materiallarına daxil edilib və dərc olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31