AMEA Naxçıvan Bölməsində hesabat
AMEA Naxçıvan Bölməsində 2017-ci ilin birinci rübünün yekunlarına dair Ümumi yığıncaq keçirilib.Bölmədən “Olaylar” – a bildirilib ki, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq aparılan elmi-tədqiqat işlərinin Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafına və tədqiqinə həsr edildiyini bildirib.
24 Aprel 2017 14:01 SosialAMEA Naxçıvan Bölməsində 2017-ci ilin birinci rübünün yekunlarına dair Ümumi yığıncaq keçirilib.Bölmədən "Olaylar" - a bildirilib ki, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq aparılan elmi-tədqiqat işlərinin Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafına və tədqiqinə həsr edildiyini bildirib. Hesabatda cari ilin I rübündə Bölmə əməkdaşlarının 1 dərsliyi, 4 monoqrafiyası, 4 kitabı, 131 elmi məqaləsi, 15 konfrans materialı və 1 tezis olmaqla 156 elmi əsəri nəşr edilib. Əsərlərdən 30 elmi məqalə və 12 konfrans materialı olmaqla 42 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 14-ü impakt faktorlu jurnallarda çap olunub. Eyni zamanda əməkdaşların 20 monoqrafiya, 8 kitab, 1 dərslik və 232 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub, qalan kitab və monoqrafiyalar üzərində işlər davam etdirilir. 3 patent hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.
Akademik 2017-ci ilin birinci rübündə bölmənin "Xəbərlər" jurnalının Humanitar və İctimai Elmlər seriyasının, eləcə də "Axtarışlar" jurnalının birinci nömrələrinin çapdan çıxdığını diqqətə çatdırıb. Bildirib ki, hesabat dövründə, həmçinin "Gülüstan türbəsi" (üç dildə) məqalələr toplusu nəşr olunub. O, cümlədən "Qarabağlar Türbə Kompleksi" (üç dildə) məqalələr toplusu, eyni zamanda (üç dildə) 392 səhifədən ibarət "Dədə Qorqud yurdu -Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas hazırlanıb, "Naxçıvan coğrafiyası" ikicildliyi üzərində işlər davam etdirilir. Bundan əlavə, bölmə tərəfindən hazırlanan "Naxçıvan tarixi" çoxcildliyi kitabı bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası mükafatına layiq görülüb.