IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın təhlükəsiz hərəkəti təmin ediləcək

Artıq IV İslam Həmrəylik Oyunlarına sayılı günlər qalıb. Oyunlara hazırlıq istiqamətində ötən müddət ərzində görülən işlər, müvafiq qurumların öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi onu deməyə əsas verir ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə həyata keçirəcək. Elə ötən həftə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası da bunu bir daha təsdiqlədi.

Bu məqsədlə 616 sürücü Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yoxlamadan keçirilib

Artıq IV İslam Həmrəylik Oyunlarına sayılı günlər qalıb. Oyunlara hazırlıq istiqamətində ötən müddət ərzində görülən işlər, müvafiq qurumların öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi onu deməyə əsas verir ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə həyata keçirəcək. Elə ötən həftə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası da bunu bir daha təsdiqlədi.

IV İslam Həmrəyliyi Oyunları zamanı ən ciddi işlərdən biri də oyunlar zamanı nəqliyyatın hərəkətinin yüksək səviyyədə təminidir. Daha doğrusu istər oyunların rəsmi açılış və bağlanış mərasimləri, istərsə də yarışların keçirildiyi günlərdə idmançılar və oyunları izləyəcək tamaşaçıların rahat və təhlükəsiz şəkildə idman arenalarına çatdırılması ən mühüm tədbirlərdəndir. Bu istiqamətdə iş isə Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.

Elə sözügedən iclasda da agentliyin rəhbəri Vüsal Kərimli məlumat verib ki,  IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə bir sıra vacib nəqliyyat tədbirlərinin təşkili həvalə edilib. Oyunların Sınaq Açılışı, Açılış və Bağlanış mərasimlərində müvafiq olaraq 23.000, 30.000 və 60.000 nəfərin iştirakı gözlənilir ki, mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlərə - Metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyat da olaraq saxlanılacaq. Bu istiqamət üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb. Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması  ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda baş verəcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib. Tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması zamanı stadionun İctimai Nəqliyyat Terminalı istifadə ediləcək. Belə ki, Terminalının daxilində avtobusların daha təhlükəsiz hərəkət etməsi üçün dairənin əlavə edilməsi və giriş-çıxışın beton baryerlərlə ayrılması təklif olunub. Həmçinin, cəlb ediləcək avtobuslar üçün ayrıca gözləmə sahəsinin təşkil edilməsi təklif edilib. Hazırda Əməliyyat Komitəsi tərəfindən baxılmaqda olan bu təkliflər hərəkətin təhüləsizliyinin təmini baxımından əhəmiyyətlidir. İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki personal ayrılıb. Sınaq Açılışı, Açılış və Bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.  Beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb: "Ayrılmış 144 ədəd "Neoplan" və 20 ədəd "Sprinter" markalı avtobusların idarə edilməsi üçün 320 nəfər sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə, sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət  sürücünün siyahısı yoxlanılması üçün Əməliyyat Komitəsinə təqdim edilib. Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi də əsas diqqət mərkəzindədir. Həmin tədbirləri çərçivəsində  atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da nəzərdə tutulub. Bunun üçün Koroğlu HUB-ın ərazisi seçilib. Bu məqsədlə, Koroğlu HUB müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Mərkəzdə piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir. Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə, aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. Bundan əlavə, Oyunlarla əlaqədar ölkəmizə səfər edən turistlərin çoxluğu nəzərə alınaraq,  28 May metrostansiyası - Hava Limanı və əks istiqamətdə 24 saat xidmət göstərən "Aeroexpress" xətt avtobusları barədə maarifləndirici tədbirlər daha da genişləndirilib.

Bundan başqa Oyunlar keçiriləcək bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin rahat şəkildə çatması məqsədilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərinə dəyişikliklərin  edilməsi, onların hərəkət cədvəllərinə düzəlişlərin edilməsi, zərurət olduğu istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və maarifləndirmə işləri aparılır. 18 may tarxixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena" da keçiriləcək 2 futbol oyununda iştirak edəcək tamaşaçılar və digər şəxslərin daşınması üçün "Koroğlu" metrosu-"Dalğa" Arena istiqamətində ekspress xəttin fəaliyyəti təmin ediləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 01-30 may 2017-ci il tarixlərində Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhər daxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. Bu məqsədlə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31