Gündəm
"Neftçi"də 4 rəsmi ayrılıq!
Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü 7-ci pillədə başa vuran "Neftçi" vaxt itirmədən "təmizləmə işləri"nə başlayıb. Bu barədə apasport.az-a paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev məlumat verib. O bildirib ki, artıq 4 oyunçu ilə yollarını ayırıblar. Müqavilə müddəti başa çatan müdafiəçi Jairo Rodriges düşərgəni tərk edərək vətəni Braziliyaya dönüb. Onunla yanaşı, qapıçı Maksim Vaylo, müdafiəçi Kamal Qurbanov və yarımmüdafiəçi Murad Ağayev də "Neftçi"nin gələn mövsüm üçün planlarına daxil edilməyib.
Prezident İlham Əliyev: "Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar"
Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
Çoxunun öz gələcəyinə ümidi yoxdu
Cəzaçəkmə müəssisələrində dustaq həyatı yaşayan insanların psixoloji vəziyyətinə aydınlıq gətirmək istədik. “Global Fund”- un dəstəyi ilə “Gənclər İnkişaf Naminə” Qeyri Hökumət Təşkilatının “Zərərin azaldılması” proqramı çərçivəsində 7 və 10 saylı cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan dustaqlarla maarifləndirmə və məsləhət proqramları təşkil edən psixoanalitik Eldar Haqverdi ilə söhbətləşdik.
Sürücülərə şad xəbər
Mayın 1-dən başlayaraq avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib.Bunu mətbuata açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Bir həftədə 65 terrorçu həbs olundu
Türkiyə Daxili İşlər nazirliyinin terror qruplaşmalarına qarşı son bir həftə ərzində 579 əməliyyat həyat keçirib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, aparılan əməliyyat zamanı 65 terrorist zərərsiz hala gətirilib. Terror qruplaşmalarına yardım etmək istəyən 238 nəfər isə saxlanılıb. Saxlanılan şəxslərdən 43 nəfərin İŞİD terror qruplaşmasının üzvü olduğu məlum olub. Türkiyə daxilində son bir həftə ərzində terrorla mübarizə məqsədi ilə həyata keçirilən əməliyyatlar zamanı 38 nəfər terrorçu öldürülüb, 11 nəfər təslim olub, 16 nəfər isə sağ salda zərərsizləşdirilib.
Türkiyənin müstəqil siyasət yürütməsi Avropanı narahat edir
AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunması hələ də müzakirə olunan məsələlər sırasındadır. Siyasi şərhçilər hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür.
İlham Əliyev: "Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək"
Azərbaycan növbəti onilliklər ərzində Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev: "Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın"
Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın.
Ərdoğan və Putinin Soçi görüşü
Artıq xeyli müddətdir ki, normallaşmağa doğru gedən Rusiya-Türkiyə münasibətləri yeni bir mərhələ astanasındadır. Söhbət iki ölkə rəhbərinin bu günlərdə Rusiya Federasiyasında baş tutacaq görüşündən gedir. Xəbərlərdən də məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı mayın 3-də Soçidə görüşə dəvət edib. İndi həm Türkiyə, həm də Rusiyanın siyasi dairələri, analitiklərinin diqqəti məhz Ərdoğan və Putinin Soçi görüşünə yönəlib. Görüş ərəfəsində əsas gündəmdə olan sual isə ondan ibarətdir ki, Kreml rəhbərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə əsas məqsədi nədir. Axı prezidentlər bir müddət əvvəl görüşmüşdülər?
Qərbin öz hüdudlarından kənarda axtardığı “demokratiya”
Türkiyədəki 16 aprel referendumunun nəticələrini “Qoca qitə” heç cür həzm edə bilmir. Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadırlar. Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur.
AntiAzərbaycan şəbəkə hərəkətə keçdi
Gözlənildiyi kimi Azərbaycana qarşı şər kampaniyasına yenidən start verildi. Hələ bir müddət əvvəl qeyd etmişdik ki, IV İslam Həmrəylik Oyunları ərəfəsində yenidən bəlli beynəlxalq təşkilat və qurumların yadına insan hüquq və azadlıqları, mətbuatın mövcud durumu, onun fəaliyyəti üçün mövcud olan imkanlar yada düşəcək və bütün bunların fonunda Azərbaycan tənqid hədəfinə çevriləcək.
"40 manatlıq qadağa mayın 5-dən qüvvəyə minəcək"
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı"nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa bu gündən yox, mayın 5-dən qüvvəyə minəcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
“Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib
Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib.
Elçin Hüseynbəyli yazır... Daim yol gedən Aydın Tağıyev...
Aydın Tağıyevi tanıyanlar bilirlər ki, o, sakit dayanan adam deyil. Tanımayanlar da eşidiblər k, Aydın Tağıyev yorlumaq bilmir.
Azərbaycan müxalifətində geniş islahatlara ehtiyac var
Son vaxtlar müxalifət düşərgəsində az da olsa hərəkətlilik müşahidə edilməkdədir. Belə ki, bir partiya və birliklər indidən 2018-ci ilin prezident seçkilərinə hazırlaşmağı təklif edərək sözügedən düşərgənin seçkiyə vahid namizədlə getməsi təşəbbüsünü də səsləndirir. Hələlik qeyri-rəsmi səviyyədə gedən bu söhbətlər partiyalar arasında geniş müzakirə də edilməyib.














