Gündəm
Uşaq hüquqları hansı hallarda pozulur?
Uşaqlara qarşı mənəvi və psixoloji təzyiqlərin baş verməsi gündəlik hadisəyə çevrilib. Artıq belə hallar dünyanın ən inkişaf etmiş ölkələrində belə müçahidə olunmaqdadır. Uşaqlara qarşı getdikcə qəddarlaşan münasibət gündəlik şiddət həddinə çatıb. Vəziyət o dərəcədə ciddiləşib ki, hətta uşaqıara qarşı fiziki, mənəvi, seksual təzyiqlərin qarşısını almaq mümkünsüz olub.
Kran aşdı: 5 nəfər öldü - Cənubi Koreyada
Cənubi Koreyanın Kodze limanında kranın aşması nəticəsində 5 nəfər həlak olub. Hadisə daha 14 nəfərin yaralanmasına səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Kranın altında daha bir neçə adamın qaldığı ehtimal edilir. Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.
Cinayət törədən 3 yeniyetmə saxlanıb
Bir gündə 3 yeniyetmə cinayət törətdiyi üçün saxlanılıb. Daxili İşlər Nazirliyindən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 28-də Bakı şəhər sakini Ömərxalid Fərmanova hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili orqanında heroin keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Əcnəbini qarət edən saxlanıb
Bakıda xarici ölkə vətəndaşı qarət olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında əcnəbi vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
49 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 30-da növbəti hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir.
Soltan bəy Paşabəyoğlunun Qarsda xatirə lövhəsinin açılışı olub
Beynəlxalq Diaspor Mərkəzi (BDM), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) və millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Azərbaycan xalqının qəhrəman oğlu Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək
Azərbaycanda xarici dil dərsliklərinin hazırlanması istiqamətində yeniliklər ediləcək. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdən hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə olunacaq.
Baş nazirin müavini beynəlxalq donorların fəaliyyətinə sərt nəzarətin səbəbini açıqlayıb
“Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Torpaqlarımız işğal olunub, 1 milyona qədər insanımız qaçqın və məcburi köçkün şəraitindədir”.
Əli Əhmədov: “Bəzi hallarda QHT-lər “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edirlər”
“Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var. Bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təklilərini nəzərə almırlar”. Bunu BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.
Ermənistanda kəndlilər etiraza qalxdılar
Keçən ilin iyun ayında Ermənistanın Artik rayonunda seldən ziyan çəkən kəndlilərə bu günədək normal kompensasiya verilməyib. Onlar bu səbəbdən dağılmış evlərini, təsərrüfatlarını bərpa edə bilmirlər. Səbəb Ermənistan hökümətinin ödədiyi məbləğin onlara dəymiş ziyanı aradan qaldırmağa kifayət etməməsidir.
Polkovnikin oğlunun evinə həbs qoyuldu
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq"
Dünya İqtisadi Forumunun təhlilinə görə, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil. Bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ilin hesabatına həsr olunan tədbirdə çıxış edərkən deyib.
Hava sabahdan pisləşəcək
Mayın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda yaşıllığı məhv edən şirkət rəhbəri həbs edildi - Qardaşı ''Akula Akif''in "sağ əli"dir
Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin sədri həbs edildi. Ş Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində "Böyük Plaza" yaşayış və ticarət mərkəzini tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədriAzər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.













