Gündəm

Züleyxa Nadir yazır... Həftənin gündəm emblemi

1 May 2017 13:10

Dünyanın hər yerində  gündəm yaradan xəbərlər vaxtaşırı mediada yer alır. Əsasən  tanınmış müğənnilər, aktyorlar və digər sənət adamları özlərinin şəxsi həyatları ilə bağlı   şaiyələr, dedi-qodular yazdırıb gündəmə gəlirlər. Bu ona hesablanır ki, yaddan çıxıb, unudulmasınlar. 

Azərbaycanda neçə nəfər yazıb-oxuya bilmir?

1 May 2017 13:07

Dünya Bankının məlumatına görə, Azərbaycan ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir. Rəsmi statistika göstərir ki, əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. (Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir).

İstanbulda yollar bağlandı, Taksimdə 20 nəfər saxlanıldı - VİDEO

1 May 2017 13:05

İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər. Polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.

Azərbaycan futbol yığmasının İslamiadada keçirəcəyi qrup oyunlarına bütün biletlər satılıb

1 May 2017 13:02

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarındakı qarşılaşmaları üçün satışa çıxarılan bütün biletlər satılıb. Bu barədə Oyunların Əməliyyat Komitəsindən məlumat verilib.

Kaliforniyada yaşayış kompleksində atışma olub

1 May 2017 13:00

ABŞ-da San Dieqo şəhərində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.  Bu barədə yerli polisdən bildiriblər.

"Üçtərəfli görüşdə konkret məsələlər müzakirə olunub"

1 May 2017 12:58

“Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

İsveçdə məscidə od vurdular

1 May 2017 12:54

İsveçin paytaxtı Stokholmun şimalında şiə məscidində yanğın baş verib. Polis məscidin yandırıldığını ehtimal edir. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Kürd məsələsi: toqquşmalar yenidən qızışır

1 May 2017 12:53

Ötən həftə Türkiyə aviasiyasının İraqın və Suriyanın şimalında kürdlərin mövqelərinə güclü aviazərbələr endirməsindən sonra türk ordusu ilə kürd yaraqlı qruplaşmaları arasında toqquşmaların yeni fazası başlayıb. Və son məlumatlara görə bu toqquşma getdikcə qızışmaqdadır.

Daşkənd Dövlət İqtisadiyyat Universitetindəki konfransda Azərbaycan da təmsil olunub

1 May 2017 12:49

Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) “Turizm təhsili: problemlər və perspektivlər” adlı konfrans keçirilib. Tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin nümayəndələri, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Aşpazlar Birliyinin, həmçinin aparıcı turizm şirkətlərinin nümayəndələri, mütəxəssislər, tələbələr iştirak edib. DDİU-nin prorektoru Muxiddin Pulatov ölkədə son illər turizm təhsili sahəsində əldə edilən nailiyyətlər, problemlər və perspektivlər barədə danışıb, konfransda maraqlı məruzələrin, təqdimatların, habelə tələbələrin iştirakı ilə turizm şirkətləri ilə birbaşa debatların olacağını bildirib.

Ölkəmiz Daşkənddə mədəniyyət festivalında təmsil olunub

1 May 2017 12:46

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” festivalında Özbəkistandakı səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub. Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzlərinə ayrıca otaqlar ayrılıb və hər bir ölkə öz tarixini, mədəniyyətini, turizmini potensialını nümayiş etdirib.

İslam Həmrəyliyi Oyunları Sumqayıt Dövlət Universitetində təbliğ olunur

1 May 2017 12:41

Sumqayıt Dövlət Universitetində Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Sumqayıt Universitetinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Gücümüz həmrəyliyimizdədir” mövzusunda elmi konfrans keçirilib. 

Məmmədyarovdan Lavrovu və Nalbandyanı susduran QARABAĞ SUALI: Moskva görüşündə baş verənlər

1 May 2017 12:39

“Azərbaycan Moskva görüşünə təşəbbüs edərək, aydınlaşdırmaq istədi ki, Ermənistan əraziləri qaytarmağa hazırlaşırmı, ruslar İrəvanı razı sala bildimi?!”. Bu barədə erməni ekspert Stepan Qriqoryan aprelin 28-də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Lakin erməni ekspert Ermənistanın niyə görüşə getdiyini dəqiq bilmədiyini qeyd edib.

Bakıda xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar oğurlayan şəxs tutulub

1 May 2017 12:36

Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Nazirliyə 7 milyon 606 min 800 dəfə müraciət olunub

1 May 2017 12:34

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında aktuallığı ilə seçilərək, portalın istifadəçi kontingentinin əhəmiyyətli şəkildə artmasında mühüm rol oynayır.  Bunun göstəricisi kimi, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari ilin 01 may tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub. 

“XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər” adlı konfrans keçirilib

1 May 2017 12:29

Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında keçirilən “XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfransında məruzə ilə çıxış edib.