Gündəm

Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diasporumuzun fəalları ilə görüşüb

1 May 2017 12:28

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Helsinkidə keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusundakı konfrans və nümayəndə heyətinin Finlandiyanın dövlət rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı diaspor üzvlərinə geniş məlumat verib.

“Milli Kimlik” Araşdırma Mərkəzi ailə məsələsini dövlət qurumları ilə birgə müzakirə etdi

1 May 2017 12:24

“Müasir İnkişaf” İctimai Birliyinin “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli kimlik və ailə” mövzusunda növbəti tədbir keçirilib.Tədbirdə çıxış edən “Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar.

Bakıda iş saatı dəyişdirildi

1 May 2017 12:22

12-22 may tarixlərində Azərbaycanda  keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssiələrdə iş saatlarında dəyişiklik edilib.Belə ki, 2017-ci il mayın 1-dən iyunun 1-dək “Azəriqaz” İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

""Ya mənimlə ol, ya məni öldür" deyirdi" - Taksi sürücüsünü qətlə yetirən tələbə qız

1 May 2017 12:20

İstanbulun Sarıyer rayonunda taksi sürücüsü Hıdır Doğanı (48) bıçaqla öldürdüyü üçün mühakimə olunan tələbə Semra Ç.-ya (23) 18 ilə qədər həbs istəyiylə iddia açılıb.

Evlilik proqramlarının bağlanması haqda rəsmi açıqlama

1 May 2017 12:18

Türkiyədə evlilik proqramlarının qadağan olunması ilə bağlı rəsmi açıqlama verilib. Ali televiziya və radio qurumu olan RTÜK bu proqramların qadağan edilimədiyi, ancaq yeni qərara əsasən, yayım qanunlarını pozanların bundan sonra daha sərt cəzalandırılacağını bildirib.

Alimlərdən həyəcan TƏBİLİ: “Energetik içkilər ürək üçün çox təhlükəlidir”

1 May 2017 12:17

ABŞ alimləri energetik içkilərin tərkibində kofein olan digər içkilərdən daha təhlükəli olduğunu müəyyən edib. Bu barədə ABŞ Kardiologiya Assosiasiyası açıqlama verib.

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, ölənlər var

1 May 2017 12:12

ABŞ-ın Texas ştatında məktəb avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Yaralılar xəsətəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir. KFOX14 telekanalının xəbərinə görə, idman yarışlarına yollanan avtobusda El Paso şəhərindən olan 34 şagird və məşqçi olub. İlkin məlumata əsasən, qəza nəticəsində yük maşınının sürücüsü və məşqçilərdən biri ölüb. 

"O axundu moizə oxumağa buraxmaq olmaz"

1 May 2017 12:07

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu hacı Ələmdarın "Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin" fikrinə münasibət bildirib.

"Muradı tanıdıqca, daha çox sevirəm"

1 May 2017 12:06

"İstanbullu gelin" serialında baş rolda oynayan aktrisa Aslı Enver "Elele" dərgisinə müsahibə verib. Aslı müğənni Murad Bozla münasibətlərindən danışıb: "Murad romantik, zarafatcıl, sahiblənən və düzgün biridir. Hər kəsə qarşı belədir. Onu tanıyıb da sevməyən yoxdur.

Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib

1 May 2017 12:03

Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib.  Mitinq Türk Amerikan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunub.  Etiraz tədbirinə türk dərnəkləri ilə yanaşı digər ölkələrin icmaları da dəstək verib. 

Əli Əhmədov: “Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır”

1 May 2017 12:00

“Çox təəssüf ki, bəşəriyyətin inkişafın yüksək mərhələsinə çatmasına baxmayaraq, hələ də çox ciddi problemlər mövcuddur. BMT-nin hesablamalarına görə, 1 milyarda qədər insan normal qidalana bilmir, 1,5 milyard insan gündə 1 dollara yaşamağa məhkumdur”.

AppLab proqramında iştirak etmək üçün keçirilmiş növbəti müsabiqənin qalibləri seçilib

1 May 2017 11:55

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır. Bu dəfə müsabiqəyəsahəninən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

Silahlı Qüvvələrdə ağacəkmə və yaşıllaşdırma tədbirləri məqsədilə iməclik təşkil olunacaq

1 May 2017 11:53

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində mayın 6-da iməclik təşkil olunacaq.

Güləşçilərimiz İzmirdən medalla qayıdıb

1 May 2017 11:49

Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıb.

Keçən il xarici turistlərin Azərbaycanda xərclədiyi vəsait 2,7 milyard dollar olub

1 May 2017 11:46

2016-cı ildə xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitərin həcmi əvvəlki ilə nisbətən 400 mln. dollar artaraq 2.7 mlrd. dollar təşkil edib. Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitlərdən tutulan vergilər dövlət büdcəsindən beynəlxalq tədbirlərə xərclənən vəsaitləri bir neçə dəfə üstələyir”.