"Muradı tanıdıqca, daha çox sevirəm"

"İstanbullu gelin" serialında baş rolda oynayan aktrisa Aslı Enver "Elele" dərgisinə müsahibə verib. Aslı müğənni Murad Bozla münasibətlərindən danışıb: "Murad romantik, zarafatcıl, sahiblənən və düzgün biridir. Hər kəsə qarşı belədir. Onu tanıyıb da sevməyən yoxdur.

"İstanbullu gelin" serialında baş rolda oynayan aktrisa Aslı Enver "Elele" dərgisinə müsahibə verib. Aslı müğənni Murad Bozla münasibətlərindən danışıb: "Murad romantik, zarafatcıl, sahiblənən və düzgün biridir. Hər kəsə qarşı belədir. Onu tanıyıb da sevməyən yoxdur. Eyni zamanda mərhəmətlidir. Zəkasına sonsuz güvənirəm. Onunla söhbət etməkdən zövq alıram. Həyatımda həmişə olsun. Onu tanıdıqca, daha çox sevirəm. Murad mənə güc verir, motivasiya edir. Bu görə çox şanslı bir qadınam. Xoşbəxt, sakit dolu bir eşq yaşayıram". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31