Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib

Nyu-Yorkda “Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma” adı altında mitinq keçirilib.  Mitinq Türk Amerikan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunub.  Etiraz tədbirinə türk dərnəkləri ilə yanaşı digər ölkələrin icmaları da dəstək verib. 

Nyu-Yorkda "Erməni yalanlarına son, şəhid diplomatlarımızı anma" adı altında mitinq keçirilib.  Mitinq Türk Amerikan Dərnəkləri Federasiyası tərəfindən təşkil olunub.  Etiraz tədbirinə türk dərnəkləri ilə yanaşı digər ölkələrin icmaları da dəstək verib. Mitinqdə ermənilərin 1915-ci il hadisələrinə dair iddiaları rədd edilib, problemin dialoq yolu ilə həll olunmasının vacibliyi qeyd olunub. Platformanın ətrafına şəhid diplomatların fotoları və məlumatlarının yer aldığı plakatlar asılıb. Bəzi plakatlarda dialoq çağırışı edilib.  Apa.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31