Gündəm
Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2016-ci il yanvar 15-dən etibarən Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Cəbhədən təzə xəbər
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istiinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bu da Diananın "Eurovision"da göstərəcəyi şou - VİDEO
Ölkəmizi bu il "Eurovision" müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın (Dihaj) Kiyevdəki məşqləri başlayıb. Müğənninin müsabiqə zamanı göstərəcəyi şounun görüntüləri "Youtube"da yerləşdirilib. Dihajı səhnədə beş rəqqas müşayiət edəcək.
Terrorçular terrorçu cəsədlərini belə yığdılar
Türkiyənin Elazığ rayonunun Tunceli rayonunda öldürülən terrorçuların cəsədlərinin təslim olan terrorçulara yığdırıldığı ortaya çıxıb. Tuncelidə Hozat, Çemişgezek və Ovacık mahallarının kəsişməsindəki Aliboğazı Vadisində PKK-ya qarşı 27 apreldən bu yana davam etdirilən əməliyyatlar bu gün səhər saatlarında tamamlanıb.
Səni çox sevdim, Aytən...
İnsanın əhvalı onun ruhuna bağlıdı. Bəzən elə olur ki, insan ruhu hansısa bir hadisənin təsirindən haldan-hala düşür. Bu məqamda insan daxilində necə bir prosesin baş verdiyini kəsdirə bilmir, hiss və duyğularının onu hansı istiqamətə apardığını görmür, fırtına içində çabalaya-çabalaya qalır. Bu zaman gözəl bir musiqi onu “fırtınadan” uzaqlaşdıraraq xilaskarına çevrilir. Bu, bir muğam parçası, bəstəkar, xalq mahnısı, klassik musiqi, yaxud da saz ifası ola bilər - baxır kimin ruhuna, zövqünə hansı yaxındı.
Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.
Pivə içib 8 nəfəri güllələdi
Amerikanın Kaliforniya ştatının əsas şəhərlərindən olan San Dieqoda atışma olub. Pivə içən şəxs əlindəki silahla 8 nəfəri güllələyib. Hadisə nəticəsində ölən olmayıb. Yaralıların vəziyyəti barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə, onun bir əlində pivə, o biri əlində isə silah olub. O, pivəni başa çəkdikdən sonra yaşayış kompleksinin həyətindəki hovuzun yanındakı insanlara atəş açıb.
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.
Sosial şəbəkələrdə şirkəti hədələyərək pul tələb edən şəxs tutuldu
Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yayacaqları, sahib olduqları şirkətləri ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Burakla Fahriye arasında gərginlik
Türkiyənin "Posta" qəzetində yayılan məlumata görə, Burak Fahriyeni əsəbiləşdirib. Onların arasında məkan üstündə dava çıxıb. Belə ki, hər dəfə Fahriyeni Uğur Aslanın səhnəyə çıxdığı məkana gətirən Burak onu əsəbiləşdirib. Fahriye ona eyni məkana gəlməkdən sıxıldığını söyləyib.














