Rusiyalı alimlər AMEA – da

Rusiyanın Novosibirsk şəhərində yerləşən Federal Tədqiqatlar Mərkəzinin Sitologiya və Genetika İnstitutunun Sibir şöbəsinin əməkdaşları - professor Yelena Konstantinovna Xlestkina və Svetlana Vasilyevna Zubova AMEAMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olublar.

Akademiyadan "Olaylar" - a verilən məlumata görə, institutun laboratoriyaları ilə tanış olan qonaqlara elmi müəssisənin yaranma tarixi, aparılan tədqiqatlar və kadr hazırlığı barədə məlumat verilib.

Sonra qonaqların iştirakı ilə institutda seminar keçirilib.

Tədbirdə professor Y.K.Xlestkina "Bitkilərin genetika, biotexnologiya və bioinformatikası" mövzusunda məruzə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31