Pivə içib 8 nəfəri güllələdi
Amerikanın Kaliforniya ştatının əsas şəhərlərindən olan San Dieqoda atışma olub. Pivə içən şəxs əlindəki silahla 8 nəfəri güllələyib. Hadisə nəticəsində ölən olmayıb. Yaralıların vəziyyəti barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə, onun bir əlində pivə, o biri əlində isə silah olub. O, pivəni başa çəkdikdən sonra yaşayış kompleksinin həyətindəki hovuzun yanındakı insanlara atəş açıb.
1 May 2017 11:17 DünyaAmerikanın Kaliforniya ştatının əsas şəhərlərindən olan San Dieqoda atışma olub. Pivə içən şəxs əlindəki silahla 8 nəfəri güllələyib. Hadisə nəticəsində ölən olmayıb. Yaralıların vəziyyəti barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə, onun bir əlində pivə, o biri əlində isə silah olub. O, pivəni başa çəkdikdən sonra yaşayış kompleksinin həyətindəki hovuzun yanındakı insanlara atəş açıb.
Qeyd edək ki, içkili şəxs polis tərəfindən öldürülüb. Məsələ ilə bağlı araşdırma aparılır. Milli.az "Mirror"a istinadla xəbər verir. Hadisə yerindən fotoları təqdim edirik.





