Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2016-ci il yanvar 15-dən etibarən Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2016-ci il yanvar 15-dən etibarən Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir. Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31