Aralıq dənizində 5 miqrantın meyiti tapıldı
1 May 2017 09:44 DünyaAralıq dənizində Avropaya keçməyə cəhd edən 5 miqrantın meyiti tapılıb.
Meyitlər Liviya sahillərində aşkarlanıb.
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 43 min miqrant və qaçqın gəlib. Bununla belə, 1089 nəfər Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31