AMEA – da I elmi konfrans keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron zalında "Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik" mövzusunda klassik Şirvan şairlərinə həsr edilən I elmi konfrans keçirilib. Akademiyadan "Olaylar" - a bildirlib ki, layihənin rəhbəri və təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin  üzvü, yazıçı-publisist Mətanət Ulu Şirvanlı idi. Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu cür ədəbi elmi konfransların mütəmadi keçirilməsinin və digər bölgələrdən olan şairlərin də yaradıcılığına müraciət edilməsinin vacibliyini vurğulayıb.

Konfransda Seyid Əzim Şirvani, Xəqani Şirvani, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir poeziyalarına müraciət edilib.

Professorlar Alxan Bayramoğlu, İmamverdi Həmidov, filologiya elmləri doktorları Mətanət Vahidova, İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərlinin klassik şairlər haqqında məruzələri dinlənilib. Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuru Parmaqsız, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elgün Əliyev elmi konfransın əhəmiyyətindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31