İslam Həmrəyliyi Oyunları Sumqayıt Dövlət Universitetində təbliğ olunur
Sumqayıt Dövlət Universitetində Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Sumqayıt Universitetinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Gücümüz həmrəyliyimizdədir” mövzusunda elmi konfrans keçirilib.
1 May 2017 12:41 SosialSumqayıt Dövlət Universitetində Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Sumqayıt Universitetinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli"nə həsr edilmiş "Gücümüz həmrəyliyimizdədir" mövzusunda elmi konfrans keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, konfransı giriş sözü ilə açan Universitetinin hümanitar məsələlər üzrə prorektoru Ramiz Hüseynov "Baki-2017" IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamda dünya müsəlmanlarını düşünərək verilən bu qərar bütün ölkələr tərəfindən alqışlanır. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev "İslam Həmrəyliyi dini ekstremizmə qarşı" mövzusunda etdiyi çıxışında öncə İslam Həmrəyliyi Oyunlarının təbliğat işində həmrəylik nümayiş etdirdiklərinə görə universitet rəhbərliyinə, müəllim, tələbə kollektivinə minnətdarlığını bildirib.