İstanbulda yollar bağlandı, Taksimdə 20 nəfər saxlanıldı - VİDEO

İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər. Polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.

***

1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb. Səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb. Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31