Kaliforniyada yaşayış kompleksində atışma olub

ABŞ-da San Dieqo şəhərində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.  Bu barədə yerli polisdən bildiriblər.

Ölən və yaralananlar var

ABŞ-da San Dieqo şəhərində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.  Bu barədə yerli polisdən bildiriblər. San Dieqo şəhərinin polis rəisinin sözlərinə görə, yaşayış kompleksi yaxınlığında atışmanı naməlum kişi başlayıb. Polis həmin şəxsi onun çoxsaylı çağırışlar əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşını hədəfə aldığı zaman güllələyərək öldürüb. Atışma nəticəsində səkkiz nəfər yaralanıb, onlardan dördü qadındır. Qadınlardan biri sonradan xəstəxanada keçinib. Yaralıların bir neçəsi hələ də əməliyyat olunur, bəzilərinin durumu kritik kimi qiymətləndirilir. "Report" "Associated Press"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31