“XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər” adlı konfrans keçirilib
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında keçirilən “XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfransında məruzə ilə çıxış edib.
1 May 2017 12:29 SosialStrateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında keçirilən "XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər" adlı beynəlxalq elmi-praktiki konfransında məruzə ilə çıxış edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının 25 illiyinə həsr olunan çıxışında, N. Mustafayeva Azərbaycanın bu müddət ərzində xarici siyasəti və onun əsas konseptual prinsipləri, beynəlxalq təşkilatlarda fəaliyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələlərinə toxunub. Qeyd olunub ki, Azərbaycan bu gün həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət sayəsində regionda əhəmiyyətli layihələrin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilib.