Uşaq hüquqları hansı hallarda pozulur?

Uşaqlara qarşı mənəvi və psixoloji təzyiqlərin baş verməsi gündəlik hadisəyə çevrilib. Artıq belə hallar dünyanın ən inkişaf etmiş ölkələrində belə müçahidə olunmaqdadır. Uşaqlara qarşı getdikcə qəddarlaşan münasibət gündəlik şiddət həddinə çatıb. Vəziyət o dərəcədə ciddiləşib ki, hətta  uşaqıara qarşı fiziki, mənəvi, seksual təzyiqlərin qarşısını almaq mümkünsüz olub.

Uşaq əməyinin istismarı ən çox ailələrdə baş verir

Uşaqlara qarşı mənəvi və psixoloji təzyiqlərin baş verməsi gündəlik hadisəyə çevrilib. Artıq belə hallar dünyanın ən inkişaf etmiş ölkələrində belə müçahidə olunmaqdadır. Uşaqlara qarşı getdikcə qəddarlaşan münasibət gündəlik şiddət həddinə çatıb. Vəziyət o dərəcədə ciddiləşib ki, hətta  uşaqıara qarşı fiziki, mənəvi, seksual təzyiqlərin qarşısını almaq mümkünsüz olub. Son illər dünyada baş verən maliyyə-iqtisadi böhranın dərinləşməsi, silahlı münaqişələrin davam etməsi və yeni qarşıdurma ocaqlarının yaranması idarə olunmayan miqrant axınının humanitar faciə həddinə çatmasına, nəticə etibarı ilə həm də insan alverinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxarmışdır. Dünyada məşğulluq və miqrasiya problemlərinin artımı fonunda uşaqların insan alverinin qurbanına çevrilməsi, uşaq əməyinin istismarı adi hala çevrilib. Qeyd edək ki, uşaq hüquqlarının pozulması hallarına ölkəmizdə də rast gəlinməkdədir. Belə ki, hazırda uşaqlar valideyinlər, müəllimlər, dayələr tərəfindən, eləcə də cəmiyyətdə baş verən proseslər nəticəsində təzyyiqlərə məruz qalırlar. Uşaqların məcburi əməmyə cəlb edilməsi halları isə ən çox ailə təsərrüfatlarında baş verir. İnsan Alverinə qarşı Milli Koordinatorun məlumatına görə, təkcə 2016-cı ildə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı, küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən 450 azyaşlı müəyyən olunub. Lakin müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması faktı öz təsdiqini tapmayıb. Bununla belə, uşaqlara qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına baxılması üçün 272 material göndərilib, eləcə də övladlarını hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Baxımsız və müxtəlif səbəblərdən ailə və pedaqoci təsir vasitələrindən kənarda qalan 120 uşağa və onların valideynlərinə "Uşaq hüquqları klinikası"nda, "Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi"ndə hüquqi, psixoloci və digər yardımlar göstərilmişdir. Məlumatda o da bildirilir ki, hazırda "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi ilə bağlı zəruri tədbirlər görülür.  

Yeri gəlmişkən qeyd edək ki, ölkə parlamenti tərəfinmdən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilmsi prosesi həyata keçirilir. Daha dəqiq, uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq  pis vərdişlərin təlqin olunmaması məqsədi ilə "Uşaqların hüquqları haqqında" qanuna  dəyişiklik  edilir. Bu məqsədlə "Uşaqların hüquqları haqqında" qanuna  "Reklamda uşaqların müdafiəsi" adlı yarımbaşlıqlı əlavə nəzərdə tutulur. Bu, eyni zamanda, "Reklam haqqında" qanuna uyğunlaşdırılma məqsədi daşıyır. "Reklamda uşaqların madafiəsi" yarımbaşlıqlı əlavəyə gəlincə, burada  uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq  məqsədi ilə bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, valideyninin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarəı zəiflədən məlumatların verilməsi; başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması; həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə; uşaqlara aid olmayan əmtənin onlar üçün nəzərdə tutulan reklamlarda yerləşdirilməsi; yayımlanan reklamalrda  uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması; uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi kimi  əlavələr qanunda öz əksini tapıb.

Millət vəkili,  Milli Məclisin  Ailə, qadın  və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, sözügedən sənəd uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların  təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sənəddə ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.  Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir. Həmçinin qanun layihəsində Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitablarda reklamlar qadağan edilir: "Layihədə o da qeyd olunub ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə biləcək reklamlar məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməyəcək. Bu yaxınlaradək orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta, cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu". Onun sözlərinə görə, "Reklam haqqında" qanuna edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi nəticəsində  son dövrlərdə bu sahədə çox ciddi nəzarət var: "Yəni, artıq orta məktəb yaxınlığında uşaq psixologiyasına zərər vuran reklamlar yığışdırılıb. Bundan başqa, telekanallarda uşaqlar üçün  bir saatlıq film  bəzən 3 saat çəkirdi. Axı, uşağın vaxtı azdır, ona lazım olan multfilmə baxıb  ya istirahət etməlidir, ya da dərsləri ilə məşğul olmalıdır. İndi isə bu cür  hərəkətlər yığışdırılmaqdadır". Deputat Dilarə Cəbrayılova  deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır: "Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir. Çünki,  uşaqlara nifrət aşılana bilməz". Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub: "Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı? Ona görə də uşaqları qorumaq lazımdır". Xatırladaq ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarəti həyata keçirilir.  Dövlət nəzarətinin məqsədi uşaqların ölkə  Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır. Dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Lakin bütün sadalananlara baxmayaraq hələ də ölkədə uşaq hüquqlarının pozulması hallarına rast gəlinməkdədir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31