“Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib

Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Müasir İslam - həqiqətlər və təhriflər” adlı tədbir keçirilib.

Şamaxı şəhər "Cümə" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində "Müasir İslam - həqiqətlər və təhriflər" adlı tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, dövlət başçısının 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı imzaladığı Sərəncam müasir dünyanın mübtəla olduğu radikalizm, islamofobiya və irqçilik bəlalarına qarşı mübarizə üçün ən doğru yoldur. Eyni zamanda, istər Qurani-Kərimdə yazılmış ayələrdə, istərsə də hədislərdə İslamın hər zaman sülh və həmrəylik tərəfdarı olması vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31