Gündəm

İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin olunması üçün maliyyələşdirmə işləri ar

1 May 2017 15:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərin birdəfəlik maddi yardımlarla təmin olunması üçün maliyyələşdirmə işləri artıq başa çatdırılıb. 

“Şərq aləmində parlamentarizmin bünövrəsi Azərbaycanda qoyulub”

1 May 2017 15:32

Mayın 1-də Milli Məclisin (MM) Gənclər və idman komitəsi, həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və adıçəkilən partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə parlamentdə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” adlı Dəyirmi masa öz işinə başlayıb.

“Gender problemləri və Media” mövzusunda 2 günlük seminar keçiriləcək

1 May 2017 15:31

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2 – 3 may 2017-ci il tarixlərində saat 09:00-da “Excelsior Hotel Baku” mehmanxanasında “Gender problemləri və Media” mövzusunda 2 günlük seminar keçiriləcək.

Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"

1 May 2017 15:26

Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb. 

“Əks halda...” - Avropa İttifaqı üçün KABUS SSENARİSİ

1 May 2017 15:15

Avropa İttifaqı islahatlar aparmasa, Fransa qurumu tərk edə bilər. Bunu Fransa prezidentliyinə namizəd, “İrəli!” hərəkatının lideri Emmanuel Makron BBC telakanalına müsahibəsində bildirib. O deyib ki, “Ümumavropa ideyası” və qloballaşma məsələlərində Avropa İttifaqının siyasətini bölüşür, amma Fransa əhalisinin yarısı qurumun disfunksiyasına görə narahatdır. “Hesab edirəm ki, Avropa İttifaqı dərin islahatlarla məşğul olacaq. Əks halda, Fransa tezliklə “Freksit” ehtiyacı ilə rastlaşacaq”, - siyasətçi vurğulayıb. Daha əvvəl isə prezident seçkilərində Makronun rəqibi, “Milli Cəbhə” Partiyasının Marin Le Pen qələbə qazanacağı halda Avropa İttifaqına üzvlük məsələsini referenduma çıxaracağını bildirib.

Oğru bankomatın qarşısında qadının qulağını kəsdi - Dəhşətli VİDEO

1 May 2017 15:10

Çində dəhşətli oğurluq anı təhlükəsizlik kameralarına düşüb.  Kameralara düşən görüntülərdə oğrunun gizlicə izlədiyi qadına hücum edib, onun qulağını kəsməsi, yerə yıxılan qadının ağrıdan qışqırması əks olunub.

"Komandanın ən bəxti gətirən futbolçusuyam"

1 May 2017 14:52

"Monako"nun gənc ulduzu Kilian Mbappe komandası barədə danışıb.  Fansalı hücumçu baş məşqçi Leonardo Jardimə ona sərbəstlik imkanı yaratdığına görə təşəkkür edib.

Eto "Antalyaspor"un tarixinə düşüb

1 May 2017 14:51

Samuel Eto Türkiyə Superliqasının 29-cu turunda baş tutan "Adanaspor" - "Antalyaspor" (2:5) qarşılaşmasında 3 qol vurmaqla komandasının qələbəsində həlledici rol oynayıb. Kamerunlu forvard bununla da Antlaya klubunun tarixinə düşüb.

Qəbul imtahanlarının düzgün cavabları açıqlandı

1 May 2017 14:48

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinin II və III ixtisas ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Akif Çovdarovun məhkəməsi təxirə salınıb

1 May 2017 14:43

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“BakuBus” sərnişinlərə müraciət etdi

1 May 2017 14:39

Son günlər “BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunmaqdadır. Bu işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır.

“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub

1 May 2017 14:38

Mayın 1-də Multikulturalizm Mərkəzində Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən  “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbiri BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətini vurğulayıb.

Keçmiş ərindən Günaya sərt ittihamlar: "Oğlumu göstərmir, onu Allaha tapşırıram" 

1 May 2017 14:34

Aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra Sarah Skotla evlənərək ABŞ-a köçmüşdü. Bu evliliyindən Mia adlı qızı olan Karel Türkiyəyə qayıdıb.

Dibala: "Bu il "Juventus"un ili ola bilər"

1 May 2017 14:29

"Yuventus"un hücumçusu Paulo Dibala komandasının Çempionlar Liqasının yarımfinalında "Monako" ilə oyun ərəfəsində fikirlərini bölüşüb. Argentinalı forvard bunları deyib: "Hər iki oyunun çətin olacağını bilirik. "Monako" Fransa çempionatında ldierdir və baxımlı oyun göstərir. Usta futbolçulara malik komandadır. Amma eyni şeyləri "Yuventus" haqqında da demək olar. "Monako" böyük qüvvə ilə hücuma atılır və qollar vurur. Amma rəqiblərinə boş sahə çox da vermirlər.