“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub
Mayın 1-də Multikulturalizm Mərkəzində Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, tədbiri BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətini vurğulayıb.
1 May 2017 14:38 SosialMayın 1-də Multikulturalizm Mərkəzində Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən "Azərbaycanda multikulturalizm" biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, tədbiri BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətini vurğulayıb. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu qeyd edərək multikulturalizmin elmi, siyasi və mədəni əsaslərından söz açıb. Milli Kitabxanın direktoru, professor Kərim Tahirovun moderatorluğu ilə keçən tədbirdə AMEA-nın alimləri, Bilik Fondu, Yaradıcılıq Fondunun, "Multikulturalizm" jurnalının, "Samur" Ləzgi Milli Mərkəzinin, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin, "Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" İctimai Birliyinin, Avar- Azərbaycan İctimai Birliyinin, Azəri -Tat Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Təqdimat mərasimində çəxış edən millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, AMEA-nın Dilçilik institutunun direktoru Möhsün Nağısoylu, Professor İmamverdi Həmidov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Mefodiy, Alban -Udi Xristian icmasının sədri Robert Mobili sözügedən biblioqrafik nəşri yüksək qiymətləndirdilər.