Gündəm

Təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək

1 May 2017 16:22

Təhsil naziri Mikayıl Cabbarov 8 may 2017-ci il tarixində saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.

Atletika Federasiyası İslam Həmrəylik Oyunlarına 30 idmançı ilə qatılacaq

1 May 2017 16:20

Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federaiyasının hesabat-seçki konfransı keçiridb. Atletika Federasiyasının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda Federasiyasının hesablama komissiyasının məlumatları təqdim olunub.

Azərbaycan-Türkiyə hərbi təlimləri hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir

1 May 2017 16:19

Mayın 1-də Azərbaycan və Türkiyə orduları birgə taktiki təlimlərə start veriblər və təlimlər mayın 5-dək davam edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyev bildirib ki, indiki reallıqları nəzərə alsaq, bu təlimlər təkcə geosoiyasi və hərbi-strateji deyil, həm də hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir: “Kimsəyə sirr deyil ki, Donbasda təkcə separatçılarla Ukrayna savaşmır.

Ermənistanın növbəti təxribatının qarşısı alındı

1 May 2017 16:18

Mayın 5-15-də İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

Sibir "yanır" - 8 min insan təxliyə edildi

1 May 2017 16:09

Rusiya FHN-in aviasiya xidməti Buryatiya, İrkutsk və Baykal ətrafında yaşayış məntəqələrindən 8 min insanı təxliyə edib. Son sutka ərzində Sibir meşələrində baş vermiş yanğının söndürülməsinə 4 vertolyot cəlb edilib.

Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

1 May 2017 16:07

4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Nazir: "İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq"

1 May 2017 16:05

"IV İslam Həmrəyliyi Oyunları 20 idman yarışı üzrə 17 idman arenasında keçiriləcək. Nəzərdə tutulan bütün idman obyektləri artıq yarışa hazırdır".  

İran: "Qarabağ münaqişəsi bir ölkə tərəfindən həll edilə bilməz"

1 May 2017 16:01

Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil: "Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə, düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür".  

Londonu qana boyamaq istəyən 3 qadın saxlanıldı

1 May 2017 15:46

London polisi terror planı hazırlamaqda şübhəli bilinən üç qadını saxlayıb. Qadınlar 18-19 yaşlarındadırlar. Hazırda onlar Londondan bir qədər uzaqlıqda yerləşən müvəqqəti saxlanma təcridxanasındadırlar.

İnterpol bu azərbaycanlını axtarışa verdi

1 May 2017 15:45

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilir.

70 yaşlı kişi metroda relsin üzərinə yıxılıb

1 May 2017 15:42

Mayın 1-də  70 yaşlı kişi metronun “Əhmədli” stansiyasında relslərin üzərinə yıxılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləiyb. N.Paşayev bildirib ki, hadisə mayın 1-də saat 10:39-da “Əhmədli” stansiyasında qeydə alınıb: “Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Əliyev Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb. Maşinist dərhal qatarı saxlayıb. Gərginliyi çıxardıqdan sonra sərnişin platformaya çıxarılıb”. Qurum rəsmisinin sözlərinə görə, sərnişin heç bir xəsarət almayıb:  “Sərnişin bildirdi ki, qəfildən özünü pis hiss edib, başı hərləndiyi üçün yıxılıb”.

Ədəbiyyat Muzeyinə giriş pulsuz olacaq

1 May 2017 15:41

Mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunub.

Deputatlarımız Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinində məruzə edəcəklər

1 May 2017 15:39

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirov qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün mayın 1-dən 4-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar.

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb

1 May 2017 15:37

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.