Ədəbiyyat Muzeyinə giriş pulsuz olacaq
Mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunub.
1 May 2017 15:41 SosialMayın 18-i Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq" mövzusuna həsr olunub.
Bu barədə məlumat Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında yer alıb. Builki mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini göstərməklə onların cəmiyyət həyatında rolunu vurğulayır.
Beynəlxalq Muzeylər Günündə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün giriş pulsuz olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31