Atletika Federasiyası İslam Həmrəylik Oyunlarına 30 idmançı ilə qatılacaq

Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federaiyasının hesabat-seçki konfransı keçiridb. Atletika Federasiyasının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda Federasiyasının hesablama komissiyasının məlumatları təqdim olunub.

Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federaiyasının hesabat-seçki konfransı keçiridb. Atletika Federasiyasının mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, konfransda Federasiyasının hesablama komissiyasının məlumatları təqdim olunub. Daha sonra AAF-ın prezidenti Çingiz Hüseynzadə hesabat çıxışı edib. Bildirib ki, Azərbaycan Atletika Federasiyası İslam Həmrəylik Oyunlarına hazırlaşır. Bu yarışlarda federasiyası 30 idmançı ilə qatılacaq. Azərbaycan Atletika Federasiyasının yarandığı müddətdə bir sira mühüm tədbirlərdə iştirak edən idmançılarımızın uğurlarının yüksək olduğunu qeyd edib. Baş katib və Təftiş komissiyası hesabatlarından sonra AAF-ın icraiyyət komitəsinin üzvləri, baş katib, vitse-prezident və prezidenti seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31