70 yaşlı kişi metroda relsin üzərinə yıxılıb

Mayın 1-də  70 yaşlı kişi metronun “Əhmədli” stansiyasında relslərin üzərinə yıxılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləiyb. N.Paşayev bildirib ki, hadisə mayın 1-də saat 10:39-da “Əhmədli” stansiyasında qeydə alınıb: “Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Əliyev Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb. Maşinist dərhal qatarı saxlayıb. Gərginliyi çıxardıqdan sonra sərnişin platformaya çıxarılıb”. Qurum rəsmisinin sözlərinə görə, sərnişin heç bir xəsarət almayıb:  “Sərnişin bildirdi ki, qəfildən özünü pis hiss edib, başı hərləndiyi üçün yıxılıb”.

Mayın 1-də  70 yaşlı kişi metronun "Əhmədli" stansiyasında relslərin üzərinə yıxılıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləiyb. N.Paşayev bildirib ki, hadisə mayın 1-də saat 10:39-da "Əhmədli" stansiyasında qeydə alınıb: "Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Əliyev Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb. Maşinist dərhal qatarı saxlayıb. Gərginliyi çıxardıqdan sonra sərnişin platformaya çıxarılıb". Qurum rəsmisinin sözlərinə görə, sərnişin heç bir xəsarət almayıb:  "Sərnişin bildirdi ki, qəfildən özünü pis hiss edib, başı hərləndiyi üçün yıxılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31