Gündəm

SOS: "Bir neçə yerdə çökmə və uçqun tipli sürüşmə sahələri yaranıb"

1 May 2017 17:47

"Ötən ay Astaranın Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb. Astarada Deqədi - Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də mövcud uçqun və sürüşmə sahələri aktivləşib, yol boyu yeni lokal oturma (çökmə) sahələri əmələ gəlib. Burcubənd sürüşmə sahəsində isə sürüşmə kütləsi üzərində olan çatların ölçülərində artım baş verib və bir neçə yerdə yeni lokal çökmə sahələri yaranıb".

BDU 1405 xəbərlə birincidi

1 May 2017 17:27

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Səfir ADMİU-da

1 May 2017 17:26

2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planından irəli gələrək Mədəniyyət və İncəsənət Universiteti bir sıra silsilə tədbirlər keçirir.

BMT-dən Azərbaycanla bağlı PROQNOZ: "İnflyasiya zəifləyəcək"

1 May 2017 17:20

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır. BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir. Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: "Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir".

“MTN işi” üzrə təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi açıqlanıb

1 May 2017 17:19

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini işləmiş, hazırda həbsdə olan Azər Mehdiyevin ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub. İfadəsində özünü təqsirli bilməyən A. Mehdiyev deyib ki, uzun müddət MTN-də çalışıb.

“Azərsu” ASC-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı toplantı keçirilib

1 May 2017 16:59

12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, “Azərsu” ASC-nin də qarşısında mühüm vəzifələr durur.

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

1 May 2017 16:57

Oktyabr-ın 11-14-də IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

23 illik telekanal bağlandı

1 May 2017 16:51

Türkiyənin Ege TV telekanalı rəhbərliyin qərarı ilə ötən gecədən etibarən yayımını dayandırıb. İzmir və Ege bölgəsinin ən çox izlənilən və tək peyk televiziyası olan Ege TV uzun müddətdir maddi çətinliklər içərisində idi.

Azərbaycanda siyasi plüralizm təmin olunur

1 May 2017 16:48

Demokratiya yolunu tutan, inkişafını bu istiqamətdə quran, eyni zamanda qeyd edilən sahədə zaman-zaman bu prinsiplərə sadiqlik nümayiş etdirən addımlar atan ölkələrdə bir qayda olaraq siyasi plüralizm də yüksək səviyyədə təmin edilir. Əslində söz, məlumat, fikir və ifadə azadlığı kimi siyasi plüralizm də bir ölkənin, cəmiyyətin demokratiya sahəsində necə inkişaf etdiyinin göstəricisidir.

İran Azərbaycan istiqamətində reyslərə yeni təyyarələr cəlb edəcək

1 May 2017 16:46

İran bu yaxınlarda aldığı İtaliya-Fransa istehsalı olan yeni "ATR" təyyarələrini Bakıya yerinə yetirilən aviauçuşlarda da istifadə edə bilər. Bunu "İran Air" aviaşirkətinin icraçı direktoru Fərhad Pərvareş bildirib. "ATR" şirkətindən aldığımız yeni təyyarələr İrana bir neçə ay ərzində çatacaq. Yeni təyyarələrin idarə edilməsini öyrənmək üçün pilotlarımız Fransada təlimlərdə iştirak edirlər. Bu təyyarələr İranın əyalət paytaxtlarına, ölkənin Fars körfəzindəki adalarına, habelə Azərbaycanın paytaxtı Bakı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşların həyata keçirilməsində istifadə edilə bilər", - deyə F.Pərvareş əlavə edib.

Ərdoğanın “yerli pulla iş görün” çağırışına rekord sayda dəstək gəldi

1 May 2017 16:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “dollar əvəzinə yerli pulla iş görün” çağırışına cəmiyyətdən rekord sayda dəstək gəlib. “Sputnik Azərbaycan” xəbər verir ki, dövlət başçısının açıqlamasından cəmi 1 gün sonra türk lirəsi ixracatda rekord səviyyəyə çatıb.

Merkel kralla görüşdə hicabdan imtina etdi

1 May 2017 16:38

Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləziz əs-Səudlə görüş zamanı hicab geyinməkdən imtina edib. Bu barədə “İndependent” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanında qadınlarla bağlı sərt geyim qaydaları var. Lakin Almaniya kansleri bu qaydalara əməl etməkdən imtina edib.

Türkiyə və Hindistandan ABŞ-a qarşı MÜHARİBƏ ELANI

1 May 2017 16:31

Türkiyə və Hindistan ikitərəfli ticarətdə milli valyutalara - türk lirəsi və hind rupisinə keçməklə dollardan imtina edə bilər. Bunu Nyu-Dehliyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.

“Nüvə müharibəsi heç vaxt olmadığı qədər...” - Pxenyandan XƏBƏRDARLIQ

1 May 2017 16:29

Şimali Koreya nüvə güclərinin inkişaf templərini maksimal həddə sürətləndirəcək. Bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Gənc nəsil ekoloji mövzuda tərbiyələndirilir

1 May 2017 16:25

“KARVAN” gənclərin inkişafına dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Azərbaycan naminə İDEA” layihəsini icra edir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi yeni gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasında və maariflənməsində qeyri ənənəvi metodlardan - ekoloji oyunlardan və iməciliklərdən istifadə etməklə ətraf mühitin qorunması işinə diqqətini artırmaq və bu məqsədlə onların ekoloji tərbiyəsini inkişaf etdirməkdir.