Gənc nəsil ekoloji mövzuda tərbiyələndirilir
“KARVAN” gənclərin inkişafına dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Azərbaycan naminə İDEA” layihəsini icra edir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi yeni gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasında və maariflənməsində qeyri ənənəvi metodlardan - ekoloji oyunlardan və iməciliklərdən istifadə etməklə ətraf mühitin qorunması işinə diqqətini artırmaq və bu məqsədlə onların ekoloji tərbiyəsini inkişaf etdirməkdir.
1 May 2017 16:25 İdman"KARVAN" gənclərin inkişafına dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yaşıl Azərbaycan naminə İDEA" layihəsini icra edir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi yeni gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasında və maariflənməsində qeyri ənənəvi metodlardan - ekoloji oyunlardan və iməciliklərdən istifadə etməklə ətraf mühitin qorunması işinə diqqətini artırmaq və bu məqsədlə onların ekoloji tərbiyəsini inkişaf etdirməkdir. Bundan başqa, gənclərdə təbiətin və ətraf mühitin dərk edilməsinə marağın oyadılması və inkişaf etdirilməsi, gənclərin və onların valideynlərinin biomüxtəliflik problemləri haqqında məlumatlılıq səviyyəsinin artırılması da layihənin əsas vəzifələrindəndir.