Gündəm

Mənsum İbrahimov və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib

1 May 2017 18:42

Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Bir qrup xalçaçı təltif edilib

1 May 2017 18:40

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI

1 May 2017 18:39

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Ramiz Quliyev "Şərəf" ordeni ilə təltif edildi

1 May 2017 18:36

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Quliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Alyaskada 6,2 bal gücündə zəlzələ

1 May 2017 18:24

ABŞ-ın Alyaska ştatının Kanada ilə sərhədində Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Alyaskanın cənub-şərqində Skaquey yaşayış məntəqəsindən 88 kilometr məsafədə yerin 2,2 kilometr dərinliyində qeydə alınıb.

“25-ci səhifə”nin təqdimatı oldu

1 May 2017 18:23

Gənc yazar Əligül Salamın (Ağayev) “25-ci səhifə” adlı ilk şer kitabının təqdimatı olub. “OLAYLAR”-ın xəbərinə görə, təqdimatda Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova o cümlədən, bir çox elm, mədəniyyət xadimləri iştirak iştirak ediblər. Bir neçə ildir yaradıcılıqla məşğul olan Əligül Salam müxtəlif mövzularda şeirlər və mahnı sözləri yazıb.  

Keçən ay 47 min 90 ton dizel yanacağı ixrac edilib

1 May 2017 18:22

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin aprel ayında 47 min 90 ton dizel yanacağı, 3 min 926 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 8 min 314 ton yüksək təzyiqli polietilen, 358 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 710 ton maye piroliz qətranı, 2 min 908 ton propilen və 1 min 405 ton butilen butadien fraksiyası ixrac edib.

Parisdə 1 May nümayişləri: polis gözyaşardıcı qazdan istifadə edib

1 May 2017 18:18

Fransa polisi Parisdə 1 May nümayişləri zamanı bir sıra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Minlərlə nümayişçi Respublika meydanından Nasyon meydanına doğru yürüş edir. Lakin yürüş iştirakçıları arasında bir qrup polisə butulka və tullantı atıb. Asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı iki polis əməkdaşının xəsarət aldığı bildirilir.

“Qızıl Kəlmə” Ədəbi Mükafatın qalibləri bəlli oldu

1 May 2017 18:12

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri təltif olunub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, “Qızıl Kəlmə” Ədəbi Mükafatı 2008-ci ildə təsis olunub, 2009-cu ildə ilk qaliblər müəyyən edilib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Mehman Qələndərovun intiharı ilə bağlı birgə məlumat yayıb

1 May 2017 18:10

Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloger təqsirləndirilən Mehman Qələndərovun intihar etməsi faktı ilə bağlı birgə məlumat yayıb. Prokurorluqdan daxil olan məlumatda qeyd olunur ki, kütləvi informasiya vasitələrində Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı müxtəlif xəbərlər yayılıb. 

"Qıza 50 manat verdim ki, çıxsın" - Arifə hakim qarşısında

1 May 2017 18:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"İranlı diplomat bunları deməli idi, amma demədi"

1 May 2017 17:55

"İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında elə kodlaşdırılmış cümlələr işlədib ki, nə demək istədiyini yəqin özündən başqa kimsə anlamaz".

Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi

1 May 2017 17:52

Prezident İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu göndərib.

Nazirliyin qurumları arasında mini-futbol üzrə çempionatı

1 May 2017 17:50

24 aprel - 1 may 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir.