“25-ci səhifə”nin təqdimatı oldu

Gənc yazar Əligül Salamın (Ağayev) “25-ci səhifə” adlı ilk şer kitabının təqdimatı olub. “OLAYLAR”-ın xəbərinə görə, təqdimatda Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova o cümlədən, bir çox elm, mədəniyyət xadimləri iştirak iştirak ediblər. Bir neçə ildir yaradıcılıqla məşğul olan Əligül Salam müxtəlif mövzularda şeirlər və mahnı sözləri yazıb.  

Gənc yazar Əligül Salamın (Ağayev) "25-ci səhifə" adlı ilk şer kitabının təqdimatı olub. "OLAYLAR"-ın xəbərinə görə, təqdimatda Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova o cümlədən, bir çox elm, mədəniyyət xadimləri iştirak iştirak ediblər. Bir neçə ildir yaradıcılıqla məşğul olan Əligül Salam müxtəlif mövzularda şeirlər və mahnı sözləri yazıb.  Simvolik olaraq "25-ci səhifə" 4 fəsildən ibarətdir: axtarış; eşq; vəhdət və musiqi. Qeyd edək ki, kitabda olan bir çox şerə musiqi də bəstələnib. Əligül Salam həmçinin bir neçə ildir müxtəlif dövlət layihələrinin (Eurovison 2012, Bakı2015, Formua 1, İslam Həmrəylik Oyunları) təşkilindəçalışmaqdadır. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlədə məşğuldur. Kitabı şəhərin müxtəlif kitab dükanlarlından əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31